Salam. Təcili köməyinizə ehtiyacım var. Artıq dərəcədə xayiş edirəm mənə bu mövzuda kömək edin. Məsələn (Misal üçün), mənim Micro SD kartım, USB Flaşh Kartım və yaxud da Xarici USB hard diskim var. Bilirik ki, bu kimi yaddaş qurğularında silinən hər bir şeyi geri qaytarmaq mümkündür. Format olunmuş, silinmiş və s. məlumatları geri qaytarmaq olar. Mənim sualım belədir ki, Micro SD kart olsun və ya USB Flaşh Kart və yaxud da Xarici USB-li Hard disk və s. bu kimi yaddaş qurğularında silmək istədiyimiz məlumatları necə silə bilərik ki, heç bir üsulla geri qaytarıla bilməsin. Heç bir proqram geri qaytara bilməsin. Pullu proqramlarda geri qaytara bilməsin. Mənim 1 TB Xarici USB hard diskim var. Öz şəxsi məlumatlarımı yükləmişdim amma indi silmişəm. Bu hard diskidə mən başqasına verməliyəm. Mənim deyil. Verəcəyim adamda elə belə adam deyil. Yaxşı bilir bu texnologiya işləri. Yəni hard diskdə heçnə görməsə proqramnan scan edib baxacaq ki, görüm nə yüklənib hard diskə Mən bu hard diski hələki verməmişəm. Verməmişdən əvvəl bir proqram var onunla SCAN etdim fayllarım çıxdı və geri qaytardım qayıtdı. Mən bunun qarşısını necə ala bilərəm. Xayiş edirəm kömək edin. Evvəlcədən təşəkkür edib minətdarlığımı bildirirəm
Diskin həcmindən + içindəki məlumatın həcmindən asılı olaraq bu proses günlərlə davam edə bilər.
Google-da ən azından "secure file deletion" axtarsaydın milyonlarla ipucu görəcəkdin.
Yüz faizlik əminlik üçün diskin fiziki məhv edilməsidir.( Benzin töküb üstünə yandırılması / 9-cu mərtəbədən 4-5 dəfə üzü aşağı atmaq + kuvalt ilə diskə əl gəzdirməkdir)))))
İBO diqqətlə oxusanız görərsiniz ki, mən sizə yuxarıdakı postumda məsləhətli proqramları dedim. Onlardan yararlan.
Bootable CD yaza bilirsən? Əgər bilmirsənsə o halda məsləhətli və sadə metod sənin üçün: http://filehippo.com/download_eraser/ -dur.
Sitat#53998BlackMinD :
İBO diqqətlə oxusanız görərsiniz ki, mən sizə yuxarıdakı postumda məsləhətli proqramları dedim. Onlardan yararlan.
Bootable CD yaza bilirsən? Əgər bilmirsənsə o halda məsləhətli və sadə metod sənin üçün: http://filehippo.com/download_eraser/ -dur.
Necə istifadə edirlər ? Video link yerləşdirsəydin əla olardı
A) Proqramı install et kompüterə.
B) Məhv etmək istədiyin diski qoş kompüterə.
C) Gir MOY Computer-ə və məhv etmək istədiyin diskin üzərində Sağ düyməni vur. Açılan kontektst menyuda Eraser=>Erase seç.
Çətindir məgər proqramların rəsmi saytına baxmaq? Dokumentasiyanı oxumaq? Google translate-dən istifadə etmək?
Başa düşürəm hamımız fərqli düşüncə sahibi ola bilərik.Hərə bir cür dərk edə bilər nəyisə. Ancaq özünə də əziyyət verməyi,nəyisə internetdə axtarıb-tapmağı bacar,öyrən.
Xahiş edirəm səmimi qəbul edəsən. Sırf sənin yaxşılığın üçün deyirəm.
AlvinProgrammer bir daha qeyd edirəm standart windows utilitaları vasitəsilə format + istər sən dediyin format tipi ilə 10 dəfə də format et məlumatın bərpası mümkündür. Açıb heç olmasa oxu biraz məlumatın bu yolla məhv edilməsi ilə Secure delete (erase,wipe) arasında fərq nədir,nə deməkdir.
Səncə DOD5220 standartını Ağ Evdə mırta yaradıblar?
@BlackMinD Qaqa normalda yaddaş qurğularında fayllar(məlumatlar) atırlar sonra özlərinə lazım olan şəxsi məlumatları kopyalayıb köçürülər özlərinə və həmin yaddaş qurğusunan silirlər. Bu halda da geri qaytarmaq mümkündür. Bəs o yaddaş qurğusunan kopyalayaraq yox vırezat ilə köçürdükdə köçürdüyümüz fayıl orda qalmır ki silək. Yəni vırezat vastəsilə köçürürük ona görə. Belə olduğu halda vırezat ilə köçürdüyüm faylı geri qaytarmaq mümkündür yoxsa yox ?