"Teamda neçə nəfər klavyaturada 10 barmağı ilə yaza bilir" sualını versəm yəqin ki, 1 ya da 2 adam tapılar.
Klavyaturada 10 barmaq yazmaq nəyə lazımdı? Klavyaturada 10 barmaqla işləmək həm maraqlı, həmdə görəcəyiniz işin daha tez bir zamanda başa çatdırmağınızda sizə böyük köməklik edəcək. Misal script yazan zaman bu scripti daha tez bir zamanda yazıb işlətmək. Nəysə. "Mən 2 barmaqla sürətli yazıram" deyənlər isə əmin olun ki, 2 barmaqla sürətli yazırsınızsa 10 barmaqla qat-qat sürətli yaza bilərsiniz. Odur ki, öyrənməyə cəhd edin. Maximum öyrəşmək 2 ay vaxtınızı alacaq.
Klavyaturada 10 barmaq yazmaq üçün əvvəlcə barmaqların klavyaturada necə yerləşdirildiyini bilməliyik. Aşağıdakı screenlərdə bunu aydın görə bilərik.
İlk əvvəl barmaqlarımızı klavyaturada bu cür yerləşdirməliyik.
Bu şəkildən hər barmağın hansı aralıqda hərkət edəcəyini görə bilirik. Qeyd: Bir barmağı vəzifəsindən kənar düymə üçün istifadə etməyiniz məsləhətli deyil.
Barmaqların klavyaturaya yerləşdirilməsini daha yaxşı başa düşmək üçün daxil olun.
Barmaqlarınızın klavyauturaya daha yaxşı öyrəşməsi üçün aşağıdakı iki saytdan istifadə edə bilərsiniz. 1 ci linkə daxil ol
Barmaqlarınızın klavyaturada yerləşdirilməsini tam öyrəndikdən sonra bunları tədbiq etmək üçün iki sayt verirəm. Linklərdə sizə text verilir və siz bu text əsasında yazılan hər bir sözü aşağıdakı boş xanaya düzgün yazmalısınız. 1 ci link: Bu link sadəcə məşq üçündür. Linkdə vaxt az verildiyinə görə tez tez kəsilmələr olur. F5 düyməsini vurub məşq edə bilərsiniz. Link 1
2 ci link: Bu linkdə isə hər ölkədən qatılan insanlarla yarışlar keçirə bilərsiniz. Saytda hər dəqiqə adam olur və saytda yarışdığınız adamlar sizin səviyyənizə uyğun seçilir. Link 2
Düz deyirsən. Baş barmaqla ancaq space vuranda bəs eliyir. Sərçə barmaqlada enter). Qalan o qədərdə istifadə etmək olmur. Amma alışdırıb istifadə eləmək olar.
//edit işi tam öyrənəndən sonra gördüm ki, sərçə barmaqlar elə əsas rolu oynayır. Bunu bura da yazım dedim.