Istifadəçi |
2011-11-15 13:20 GMT |
|
|
|
Admin |
|
Mesaj Sayı : 1875 |
Mövzu Sayı : |
Rep Ver : |
Rep Sayı : 45 |
Indi Saytda : |
Cinsiyyət : Oğlan |
|
Şəhər : Anti-armenia.ORG |
Ölkə : |
Məslək : Programmer & Defacer |
Yaş : 12 |
Mesaj : |
|
FÜZULİ RAYONU
Füzuli inzibati rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.
Ərazisi-1361
Əhalisinin sayı - 110000
İnzibati mərkəzi - Füzuli
Qəsəbələr, kəndlər
Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərkar. Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürmahmudlu, Yuxarı Kürmahmudlu, Alıxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Araz Yağlıkənd, Arayallı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Füzuli şəhər, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysalli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Küzlək, Xatınbulaq, Qacar, Divanlılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dsdəli. İşıqlı, Qarqabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətkarlı, Zərkar, Qərbənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Horadiz, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələskərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzlək, Aşaği Rəfədinli, Üçbulaq, Kovşad, Cuvarlı, Xələfşə, Çimən
Coğrafi mövqeyi
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.
İqtisadi xarakteristikası
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda yağ-pendir və dəmir-beton məmulatı zavodları, toxuculuq fabriki, daş karxanası, pambıqtəmizləmə zavodu, üzüm emalı müəssisələri, taxıl məhsulları kombinatı var idi.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.
Tarixi və mədəni abidələri
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərrkəzindən 15 km aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələrimiz var idi.
Füzuli rayonu 23 avqust 1993-cü ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.
|
Anti-armenia.ORG |
|